Tarixi mövzularda müzakirələr zamanı Rus, Erməni, Fars və hətta Osmanlıların bəzi tədqiqatçıları Azərbaycan adının 1918-ci ildə yarandığını iddia edirlər. Əlbətdə, biz dəfələrlə sübut etmişik ki, dövlət kimi bəli, Azərbaycan adı 1918-ci ildə yaranıb. Amma coğrafiya kimi Azərbaycan adı dəfələrlə qədim qaynaqlarda, əlyazmalarda, arixv sənədlərində, səyyahların qeydlərində, abidələr üzərində, qədim xəritələrdə əks edilib.
Bu barədə kifayət qədər sübutlar göstərmişik. Bunlardan biri də Uyğur Marko Polo adlandırılan Rabban Bar Saumanın yazdıqlarıdır. Çində yerləşən "Nesturi" Doğu Kilisesi'nin diplomatı, Elxanilər dövlətinin Persiyada səfiri olmuşdur. Çindən şagirdi Rabban Markos (sonradan Xristianlığı qəbul edib Patrik III. Yahballaha adı alıb) ilə birfə Qüds şəhərinə səfərə gələn Rabban Bar Sauman səfərini sona çatdıra bilməsə də, Bağdada qalmış, Elxanilər dövlətinin xidmətində olub.
Onun səfəri zamanı Azərbaycanda bir müddət qalmış, burada insanlar və şəhərləri xoşuna gəlib. Özü də bunu kitabında qeyd edir. Müəllif bunu 1284-1287-ci illərdə yazıb. Özü də kitabdan Azərbaycan adının yazılması və onun səfəri xərtəsini cızan fransızlar da iri hərflərlə coğrafiyanın adını yazırlar. Azərbaycan şəhərləri Təbriz, Naxçıvan, Marağa və digərlərinin adını da Rabban kitabında xüsusi qeyd edib.
Kitabın PDF formatı məndə var. Təqdim edə bilərəm.
İlk nüsxəsi Suriya ərəbcəsi ilə yazılıb, 1895-ci ildə əlyazma fransız dilinə tərcümə edilib. Kitabı fransız dilinə çevirən və 1887-ci ildə onu əldə edən katolik assuriyalı missioner Pol Bejan yazır:
"Kitab Azərbaycanda yazılmalı idi və bura haqqında olmalı idi”
Mənbə: Bulletin of the Royal Academy of Belic, Askrik, Vol. XVII, No. 3, pp. 223-243, 1889.
Rabban ona Elxani hökmdarın yaşamaq üçün yer seçməyi təklif edəndə, O, Marağa şəhərini seçmişdir və 1294-cü ildə burada vəfat edib.
İndi Sizlərə Rabban Bar Saumanın fransız dilinə tərcümə edilən əsərində bir neçə dəfə çəkilən Azərbaycan adının olduğu səhifəni və kitabın fransız dilində nüxsəsinin üz qabığını təqdim edirəm. Erməni və digər iddialara konkret fakt budur ki, 1284-1287-ci illərdə də bu ərazi Azərbaycan adlanıb. Coğrafiyada Azərbaycan adlı dövlət olmasa belə bu dünya bu ərazini Azərbaycan kimi bilib. Bu coğrafiyada isə müxtəlif adlı dövlətlər olsa belə də hamısı Azərbaycana aid olub. Burda yaşayan xalqlara aid olub.
Zaur Aliyev, dosent
Demokratikmusavat.com