ABŞ-nin Corciya ştatında kimya fabrikində baş verib.
Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, səlahiyyətli şəxslər fabrikdən yüksələn rəngli tüstünün insan sağlamlığına çox zərər verə biləcəyini bildirib.
Ölkəni həyəcan vəziyyətinə salan hadisədən sonra əsas yollar, xəstəxanalar və polis bölmələri istisna olmaqla bütün ictimai binalar bağlanıb.
Fabrikin şimalında yaşayan 17 min nəfər üçün təxliyə əmri verilib.
Evakuasiya əmrinə əməl edə bilməyən insanlara pəncərə və qapılarını bağlayaraq evlərinə sığınmaq tövsiyə olunub.
Yerli mənbələr fabrikdən yüksələn kimyəvi buludun 50 kilometr uzaqdan göründüyünü bildirib.
Fabrikin yerləşdiyi ərazi üzrə yanğınsöndürmə rəisi Marian Makdaniel bildirib ki, yanğın bazar günü səhər saat 5 radələrində “Conyers BioLab” kimya şirkətinə bağlı bir obyektdə çiləyici başlığın nasazlığı nəticəsində baş verib.
Onun sözlərinə görə, bəzi kimyəvi maddələr qırılan fəvvarələrdən fışqıran su ilə qarışaraq kimyəvi reaksiyaya girib və partlayıb.
Müəssisədə hələ də işçilərin olduğu, lakin xəsarət alanların olmadığı bildirilib.
Billurə Yunus