İran parlamenti Ali Təhlükəsizlik Şurasına İsrailə cavab variantlarını təklif edəcək

 

"İran Məclisi (parlament) Livanın "Hizbullah" hərəkatının baş katibi Həsən Nəsrullahın qətlinə görə İsrailə qarşı "cavab və qisas" variantlarını razılaşdıracaq, həmin variantları Ali Milli Təhlükəsizlik Şurasına təklif edəcək. Sonuncu qurum isə necə davranacağına qərar verəcək".

Demokratikmusavat.com xəbər verir ki, bunu "Mehr" xəbər agentliyinə qanunverici Əhməd Naderi deyib.

Bazar günü İran parlamentinin qapalı formatda iclası keçirilib. Görüşdə Yaxın Şərqdə baş verən son hadisələr müzakirə olunub. Naderi bildirib ki, bir neçə parlamentari artıq İsrailə necə cavab verməklə bağlı öz variantlarını təklif edib.

Millət vəkili əlavə edib ki, Ali Milli Təhlükəsizlik Şurası deputatların təkliflərini aldıqdan sonra onları müzakirə edəcək və "İsrailin cinayətlərinə" cavab vermək üçün qərar verəcək.(Oxu.az)

 

0.18133211135864