Bakıda Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Aşıq Ələsgərin heykəli ucaldılıb.
Demokratikmusavat.com APA-ya istinadən xəbər verir ki, abidə Rəşid Behbudov və Bakıxanov küçələrinin kəsişməsindəki parkda yerləşdirilib.
Qeyd edək ki, abidənin memarı Malik Babayevdir.
Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Mədəniyyət Nazirliyi tərəfindən Aşıq Ələsgərin abidəsinin ucaldılması ilə bağlı müsabiqə keçirilib və heykəltəraş, Xalq rəssamı Natiq Əliyevin təqdim etdiyi eskiz qalib olub.