Yer 80 santimetr yerindən oynadı - SƏBƏB

 

Son 20 ildə Yer kürəsi planetin təkindən suyun çıxarılması səbəbindən şərq istiqamətində 80 santimetr əyilib.

Demokratikmusavat.com BAKU.WS-ə istinadən xəbər verir ki, bu nəticəyə beynəlxalq alimlər qrupu Seul Milli Universitetindən olan həmkarları ilə birlikdə gəlib. Bu barədə "Arqumentı i faktı" məlumat verib.

Alimlər qeyd edirlər ki, yeraltı suların təkdən çıxarılması planetin əyilməsinə və fırlanmasına təsir edə bilər. Bu mövzuda ilk araşdırma 2016-cı ildə dərc edilmişdi.

Araşdırmanın nəticələri göstərib ki, 1993-cü ildən bəri yeraltı təbii su anbarlarından 2 150 gigaton su çıxarılıb. Bu suyun bir hissəsi kənd təsərrüfatı sahələrinin suvarılması və digər təsərrüfat ehtiyacları üçün istifadə olunub. Nəticədə isə bu su okeana qarışıb.

 

0.15418601036072