TƏBİB xəstələri sağaltmaqda axırıncı, rüşvətxorluqda liderdir - Araşdırma

 

Vüqar Qurbanovun fəaliyyəti ciddi araşdırılmalıdır.

Cənab Prezident Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) yaradanda ölkə əhalisi çox sevinmişdi. Təəssüf ki, bu sevinci çox sürmədi və qısa müddətdə TƏBİB-in tabeliyindəki xəstəxanalarda rüşvətxorluq kəllə-çarxa vurdu. Təbii olaraq hər kəs fikirləşdi ki, TƏBİB rəhbəfliyi cənab Prezidentin ölkədə rüşvət və korrupsiyaya qarşı ciddi mübarizə başlatdığı məqamda çox təhlükəli risk edir.

TƏBİB-in ilk icraçı direktoru Ramil Bayramlı rüşvətxorluğu elə həddə qaldırdı ki, TƏBİB-də baş verən həngamələr yuxarı instansiyalara tez çatdı və Ramil Bayramlı vəzifəsilə xudafizləşməli oldu.

Əhali gözləyirdi ki, TƏBİB-ə yeni təyin olunan icraçı direktoru Vüqar Qurbanov vəzifədən azad olunan Ramil Bayramlıdan fərqli olaraq, normal tibbi xidmət göstərəcək, xalqın sağlamlığı üçün daha yaxşı işləyəcək.

Çox təəssüf ki, xalq bu dəfə də yanıldı və TƏBİB-ə yeni icraçı direktor təyin olunan Vüqar Qurbanov çox qısa müddətdə özündən əvvəlki icraçı direktor Ramil Bayramlının ölülərinə rəhmət oxudur. Vüqar Qurbanov qısa müddətdə TƏBİB rüşvətə üzrə ölkə birincisidir.

Əgər Azərbaycan Prezidentinin yenicə yaratdığı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin bu yaxınlarda TƏBİB-in bir sıra tenderlərini ləğv etdiyini məzərə almasaq, Vüqar Qurbanovun çirkin fəaliyyəti nəticəsində TƏBİB hazırda xəstə və xəstə sahiblərinin verdiyi məlumata görə, ölkədə rüşvətxorluğa başçılıq edir.

Məsələn, sığorta hesabına TƏBİB-in xəstəxanalarında müalicə və əməliyyat olunan xəstələr və xəstə sahibləri şikayət edirlər ki, həkimlərin sığortadan əlavə xəstələrdən pul tələb edir. Bu, TƏBİB-in xeyli xəstəxanalarında çalışan həkimlərə normal əməkhaqqı verilməsində rəhbərliyim yaratdığı problemlə bağlıdır.

Həkimlərin verdiyi məlumata görə, TƏBİB-in icraçı direktoru "xeyir" götürdüyü xəstəxanada çalışan həkimlərə, məsələn, direktor təyin etdiyi Bakı şəhər 1 və 3 saylı xəstəxanalarda çalışan həkimlərə yüksək əməkhaqqı verir, amma icraçı direktorun "xeyir" götürmədiyi ögey xəstəxanalarda çalışan həkimlərə isə az əməkhaqqı verir...

TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov xəstəxanalarda direktorları, baş həkimləri və şöbə müdirlərini şəxsən özü təyin edir. Xəstəxanalarda bütün vəzifələrə təyinatlar direktorların təqdimatı əsasında rüşvətlə aparılır.

TƏBİB-in icraçı direktoru dövlət büdcəsindən və işləyənlərdən tutulan pul hesabına sığorta fonduna yığılmış milyardlarla pulu talan etmək məqsədilə xəstəxanalara yeni təyin etdiyi direktorlara aşağıdakı ştatları rüşvətlə satmaq üçün şərait yaradıb:

- tibb bacıları - 1 illik və 6 aylıq kurs bitirmək barədə vəsiqəsi olanlar- 100 - 150 nəfər, (bu vəzifələri direktorlar 3,5-5 min manat rüşvətə satır);

- mühafizəçilər - 50 nəfərlik ştat (Xəstəxanada bu vəzifəyə 3-4 nəfər qazi rüşvətsiz götürülür, qalanlarının hər birindən 4-5 min mant rüşvət alınır);

- sanitar və sanitarkalar - 250 nəfər (rayon xəstəxanalarının direktorları bu vəzifələrə işə götürülənlərdən 4-5 min manat rüşvət alır);

- sürücülər - 8 - 10 məfər (direktorlar təcili tibbi yardım maşınlarına sürücü götürdüyünün hər binrindən 8-10 min rüşvət alır);

- Yaşı 65-dən yuxarı, təqüdə çıxan həkimlərlə bir illik müqavilə bağlamaq (rayon MX-larının direktorları 1,5 - 2 min manat, Bakı, Gəncə, Sumqayıt və digər şəhərlərdə isə 3-5 min manat rüşvət alır);

- Rayon Mərkəzi Xəstəxanalarında fəaliyyət göstərən "Doğum" şöbəsinin müdiri və mamçalar (hər gün birlikdə direktora 2 min manat, Bakı, Gəncə, Sumqayıt, Yexlax, Şirvan, Lənkəran şəhər MX-lərinin direktorlarına 3-5 min manat rüşvət verirlər)

Araşdırmalarımız davam edir, bizi izləyin.

Qeyd: Yazı həkimlərin, xəstələrin və xəstə sahiblərinin saytlara verdiyi müsahibə əsasında tərtib olunub.

P. S. Yazıda adları keçən şəxslərin rəylərini dərc etmək haqqını tanıyırıq.

0.16989898681641