COP29-un müəyyən olunmuş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesusla iqlim dəyişikliyinin qlobal səhiyyə sistemlərinə təsiri ətrafında fikir mübadiləsi aparıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) sosial şəbəkə hesabında bildirilib.
“COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesusla görüşərək ətraf mühitin məhv edilməsi və iqlim dəyişikliyinin qlobal səhiyyə sistemlərinə dərin təsirini müzakirə edib”, – məlumatda diqqətə çatdırılıb.