Ankaradan "Rusiya kürəyindən vuruldu" xəbərinə rəsmi AÇIQLAMA

 

Türkiyə Milli Müdafiə Nazirliyi ABŞ-nin F-35 qırıcı təyyarələri verəcəyi təqdirdə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemində imtina etməsi ilə bağlı səslənən iddialara aydınlıq gətirib.

Demokratikmusavat.com xəbər verir ki, bununla bağlı Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri kontr-admiral Zeki Aktürk açıqlama verib.

“Ölkəmizin hava hücumundan müdafiə ehtiyacları üçün sistem (yəni-S400 raket sistemi nəzərdə tutulur) tələbləri davam edir. Bu çərçivədə S-400 hava hücumundan müdafiə sistemi Türkiyə Silahlı Qüvvələrinin inventarındadır. Hazırda bu məsələ ilə bağlı yeni hər hansı məsələ gündəmdə yoxdur”,- Aktürk qeyd  edib.

Xatırladaq ki, Türkiyənin S-400 zenit raket komplekslərindən imtina etmək niyyətinin dünya gündəminə düşməsi "Rusiya kürəyindən vuruldu" tezisi kimi də qəbul olunub.

 

0.22036600112915