60 yaşında qardaş və bacısına QOVUŞDU

 

Böyük Britaniyada "Lost Lost Family" teleşousunun 60 yaşlı iştirakçısı heç vaxt görmədiyi böyük qardaşını və bacısını tapıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə "Daily Mail" tabloidi məlumat yayıb.

İyirmi il əvvəl Meri Arbutnot bioloji atasından qardaşı və bacısının varlığından bəhs edən məktub alıb. Məlum olub ki, Merinin anası 34 yaşı olanda iki uşaq dünyaya gətirib. Merini isə körpə ikən uşaq evinə qoyub.

Meri anasına qəzəblənmədiyini etiraf edir, ancaq ailəsindən niyə imtina etdiyini anlaya bilmir.

Meri bu yaxınlarda qardaşı Corc və bacısı Andreanın tezliklə tapılması üçün "Lost Lost Family" televiziya şousuna müraciət etmək qərarına gəldi.

Məlum olub ki, Corc bacıları haqqında məlumatlı olub və onları axtarıb, lakin Andrea üçün bacı və qardaşının tapılması sürpriz olub.

Onlar görüşəndə ​​Meri, Corc və Andrea ilk andan özlərini bir ailə kimi hiss etdiklərini etiraf ediblər.

"Sanki mən onları həmişəlik tanıyıram" - Meri deyib.(Publika.az)

 

0.4347038269043