Türkiyədə dəhşət: Ata özünü və 4 azyaşlı övladını güllələdi - FOTO

 

Türkiyənin İzmir şəhərində ata 4 övladından 3-nü öldürüb, özünü isə yaralayıb.

Demokratikmusavat.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Bornova rayonunda baş verib.
45 yaşlı Vesih Şimşək övladları Hiranur, Cemre, Ceylin və Nira Şimşəkləri öz zeytun bağına gətirib. Burada o, naməlum səbəbdən yanında olan silahla dörd uşağına dəfələrlə atəş açıb.

Ata daha sonra qohumuna zəng edərək uşaqlarını öldürdüyünü,  öz canına qəsd edəcəyini deyib və olduqları yer barədə məlumat verib.

Hadisə nəticəsində V.Şimşəyin övladları Cemre, Ceylin və Nira Şimşək vəfat edib.

Ağır yaralanan Hiranur və Vesih Şimşək təcili yardımla xəstəxanaya aparılıb. 

Məlum olub ki, Vesih Şimşəyin həyat yoldaşı 2.5 ay əvvəl boşanmaq üçün ərizə verib. Bundan sonra depressiyaya düşən ərin həyat yoldaşına “böyük bir xəbər eşidəcəksən” dediyi üzə çıxıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Billurə

0.2416889667511