Kiyev Rusiyanın hərbi əməliyyatları dayandırması müqabilində ərazilərindən imtina etməyəcək.
Demokratikmusavat.com xəbər verir ki, bunu Ukrayna lideri Vladimir Zelenski bildirib.
Strana.ua onun sözlərindən sitat gətirib: “Ukrayna öz ərazilərindən sülh təklifi variantı kimi istifadə etməyə hazır deyil”.
Zelenski vurğulayıb ki, dövlət hərbi təmas xətti boyunca münaqişənin dayandırılması variantını istisna edir.
Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ukrayna qoşunlarının Kursk vilayəti ərazisinə daxil olması Kiyevlə münaqişənin sülh yolu ilə həlli üzrə hər hansı danışıqların mümkünlüyünü istisna edir.
Elvin
Demokratikmusavat.com