20-dən çox Rusiya şirkəti Avropa sanksiyalarına görə müflis olmaq təhlükəsi ilə üzləşdiklərini və vəziyyətdən çıxış yolu kimi sənaye naziri Anton Əlixanova müraciət ediblər.
Demokratikmusavat.com xəbər verir ki, müflis olmaq təhlükəsi ilə üzləşən şirkətlər əsasən sənayenin müxtəlif sahələrini əhatə edən, xüsusən də avtomobil, tikinti və məişət texnikası istehsalçılarıdır. Həmin şirkətlərin müflis olmasının əsas səbəbi məhsulların istehsalında geniş istifadə olunan xammal çatışmazlığıdır. Ukrayna müharibəsinə görə Qərbin Rusiyaya sanksiyaları nəticəsində istehsal üçün Avropadan, ABŞ-dən və Yaponiyadan alınan xammalın tədarükü dayandırılıb.
Nəinki Qərb ölkələri, o cümlədən Çin və Səudiyyə Ərəbistanı lazım olan xammalı göndərməkdə çətinlik çəkir və ya bundan boyun qaçırır.
Bu məhsulları təkcə Rusiyaya deyil, eyni zamanda Belarusa belə idxal etməkdən imtina edirlər.
Müraciət müəllifləri qeyd edirlər ki, bu yaxınlarda Çinin ən böyük tədarükçüsü "Wanhua Chemical Group" Rusiya və Belarusa xammal tədarükü üçün sifarişlərin qəbulunu tamamilə dayandırdığını elan edib.
Bundan əlavə, Səudiyyə Ərəbistanından olan tədarükçülər (misal olaraq "Sadara Chemical" şirkəti göstərilir) Rusiyaya xammal tədarükünün mümkünlüyünü hələ təsdiq etməyiblər.
Müraciəti imzalayan 20-dən çox şirkət arasında TechnoNIKOL, Beko, Veratek, RusTA, Veraxim və s. bu kimi tanınmış şirkətlər var.
Mürtəza
Demokratikmusavat.com