Rusiya FPX: Volqoqradda kaloniyada girov götürülən 4 əməkdaş ölüb

 

Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı islah koloniyasının dörd əməkdaşı öldürülüb.

Bu barədə TASS-a Rusiya Federal Penitensiar Xidmətindən (FPX) məlumat verilib.

"Rusiya FPX-in Volqoqrad vilayətindəki İK-19-da dörd cinayətkar koloniyanın səkkiz əməkdaşını və dörd məhkumu girov götürüb. Cinayətkarlar dörd əməkdaşa müxtəlif dərəcəli bıçaq xəsarətləri yetiriblər, onlardan üçü ölüb" , - FPX-dən bildirilib.

"Müqavimət göstərən daha dörd nəfər xəstəxanaya yerləşdirilib, onlardan biri xəstəxanada ölüb" ,- Penitensiar Xidmətdən əlavə ediblər.

0.34631395339966