Paşinyan Ermənistanın müstəqillik gününü öz şeiri ilə təbrik etdi

 

Ermənistanın baş naziri Nikol Paşinyanın Müstəqillik Bəyannaməsinin qəbulunun 34-cü ildönümü münasibətilə ölkə ictimaiyyətini təbrik edib.

Demokratikmusavat.com xəbər verir ki, o, təbrikində eyni zamanda bu yaxınlarda yazdığı “Real Ermənistan - Ermənistan Respublikası” şeirinə də istinad edib. 

"Müstəqillik, dövlətçilik, vətəndaşlıq tamam başqa təfəkkür düsturlarıdır, tamam başqa müstəvilərdir. Biz bu müstəviləri, düsturları qəbul edir və inkişaf etdiririk. Məhz bu gün, elə indiki məqamda da...”, – Paşinyan qeyd edib.

Mürtəza
Demokratikmusavat.com

0.62085890769958