Efiopiyanın cənubunda ekstremistlərin silahlı hücumu nəticəsində azı səkkiz polis əməkdaşı və beş mülki şəxs həlak olub.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə “Agence France-Presse” yerli hakimiyyət orqanlarının nümayəndəsi Serafim Dibabaya istinadən məlumat yayıb.
"Hücumlar avqustun 17-dən etibarən üç gün ərzində Konsol bölgəsinin Seqen rayonunda baş verib. Hücumlar zamanı 8 polis əməkdaşı və 5 mülki şəxs qətlə yetirilib, inzibati binalar, polis bölməsi və konfrans zalı da yandırılıb, tibbi avadanlıqlar və xidməti avtomobillər oğurlanıb",- məlumatda bildirilir. Dibabanın sözlərinə görə, təcavüzkarlar artıq ərazini tərk ediblər.
O əlavə edib ki, qrup bir sıra hücumlar, qətllər və yanğınlar törədib. "Təhlükəsizlik qüvvələri ərazini patrul edir və qalan ekstremistlərə qarşı əməliyyatlar aparır", - Dibaba deyib.(Report)