Ukraynaya qarşı müharibə necə bitə bilər? - Çexiya prezidentinin proqnozu

 

Ukrayna ilə Rusiya arasında müharibə o vaxt bitə bilər ki, hər iki tərəf döyüşü davam etdirməyin artıq mümkün olmadığını başa düşsün.

Qaynarinfo Novinky.cz-ə istinadən xəbər verir ki, bunu Çexiya prezidenti, NATO Hərbi Komitəsinin keçmiş rəhbəri Petr Pavel deyib.

Jurnalistlər Paveldən Rusiyanın Ukraynaya qarşı müharibəsinin nə qədər davam edə biləcəyini soruşublar.

"Hər iki tərəfi hərbi alətlərin öz siyasi məqsədlərinə nail ola bilməyəcəyinə inandırmaq üçün kifayət qədər qüvvə olana qədər”, - Çexiya dövlətinin başçısı cavab verib.

Pavelin sözlərinə görə, bu, bu il də baş verə bilər, uzun illər sonra da.

Çexiya prezidenti həmçinin isti fazadan münaqişənin illərlə davam edəcək dondurulmuş münaqişəyə keçə biləcəyini istisna etmir.

"Mən daha çox fikirləşirəm ki, bir neçə ildən sonra hər iki tərəf bunun davam etməsinin mümkün olmadığını başa düşəcək və danışıqlar baş tutacaq. Xüsusən də dünya gücləri, təkcə ABŞ deyil, Çin də mühüm töhfə verməlidir. Buna görə də hər iki ölkə siyasi, iqtisadi və diplomatik danışıqlara sövq edilməlidir”, - Pavel bildirib.

Pavel onu da əlavə edib ki, Avropa İttifaqı böyük iqtisadi və siyasi qüvvə olmasına baxmayaraq, təkbaşına belə bir nəticə əldə edə bilməz. Ona görə də ABŞ və dünyanın digər demokratik ölkələri ilə ortaq mövqe lazımdır.

 

0.28302907943726