Rusiyanın nəhəng müdafiə müəssisəsi üzərində naməlum təyyarə göründü

 

Rusiyanın Nijni Tagil şəhəri ərazisində yerləşən müdafiə əhəmiyyətli Uralvaqonzavod müəssisəsi üzərində naməlum təyyarə qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə şəhər sakinləri məlumat yayıblar. Onlar şübhəli təyyarənin Uralvaqonzavod üzərində bir neçə dəfə dövrə vurduqdan sonra yoxa çıxdığını bildiriblər.

Ural Nəqliyyat Prokurorluğu bu məlumatla bağlı araşdırmalara başlayıb. Prokurorluğun yaydığı məlumata görə, əlaqədar dövlət qurumlarında təyyarə barədə hər hansı məlumat yoxdur. Qurum araşdırmanın nəticələrinə əsasən hava nəqliyyatının hərəkətinin təhlükəsizliyi və istismarı sahəsində qanunvericiliyə riayət olunması vəziyyətini qiymətləndirəcək.
Qeyd edək ki, avqustun 21-nə keçən gecə Moskvaya ən böyük dron hücumlarından biri həyata keçirilib. Müdafiə Nazirliyinin məlumatına görə, paytaxt rayonu səmasında 11 pilotsuz uçuş aparatı vurulub. Moskva meri Sergey Sobyanin də öz növbəsində paytaxta yaxınlaşan on pilotsuz təyyarənin tutulduğunu bildirib. Onun məlumatına görə, hücuma cəhd nəticəsində xəsarət alan olmayıb, yerdə dağıntı qeydə alınmayıb.

 

0.2126350402832