İranlılar Kərbəladan dərhal geri qayıtsın - İraq

 

İraqın Vasit əyalətinin valisi Ərbəin yürüşü üçün İraqa səfər etmiş iranlı zəvvarlardan Kərbəlada qalmamalarını və nəqliyyat yükünü azaltmaq üçün dərhal geri qayıtmalarını istəyib.

Demokratikmusavat.com İRNA-ya istinadən xəbər verir ki,  İraqın Vasit əyalətinin valisi Məhəmməd Cəmil Əl-Miyahi indiyədək bir milyona yaxın zəvvarın İraqa daxil olduğunu bildirib.

O əlavə edib ki,  zəvvarların İraqa sürətli və problemsiz daxil olması və Kərbəlaya köçürülməsi üçün İran tərəfi ilə çox yüksək səviyyədə koordinasiya mövcuddur.

İranın İlam valisi də deyib ki, İran-İraq sərhədindəki   Mehran sərhəd keçid-məntəqəsindən son günlərdə 1 milyon 300 mindən çox insan İraqa keçib. 

Mürtəza
Demokratikmusavat.com

0.20625400543213