Blinken: İsrail razılıq verdi, növbə HƏMAS-ındır

 

İsrail HƏMAS-la atəşkəs danışıqlarındakı boşluqları aradan qaldırmaq təklifini qəbul edib, növbə HƏMAS-ındır.

Demokratikmusavat.com CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Tel-Əvivdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, HƏMAS bu həftənin sonunda keçirilməsi gözlənilən növbəti danışıqlardan əvvəl addım atmalıdır. “HƏMAS üçün növbəti verməli olduğu vacib bəyanat “hə” olmalıdır. Bundan sonra yaxın günlərdə danışıqları davam etdirmək üçün ekspert qrupu bir araya gəlməlidir ki, atəşkəslə bağlı anlaşmanı müzakirə edə bilsinlər.

Bu, atəşkəsə nail olmaq və hər kəsi davamlı sülh və təhlükəsizliyə aparan ən yaxşı yola salmaq üçün ən yaxşı və bəlkə də sonuncu fürsətdir", - Blinken deyib.

O əlavə edib ki, tərəflərin "hə" və ya "yox" demə üçün heç bir bəhanə gətirməməyin vaxtı deyil. "Bunu etmək vaxtıdır. Artıq tərəflərin bu prosesi poza biləcək addımlar atmamasını təmin etmək vaxtıdır”, - dövlət katibi bildirib.

Mürtəza
Demokratikmusavat.com

0.31078505516052