ABŞ-nin Texas ştatında qızlarına vitamin verərək ölümünə səbəb olan valideynlər həbs olunub.
Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, 12 yaşlı Miranda Sipsə valideynləri 4 gün vitamin veriblər.
Bundan sonra qızın bədənində naməlum yaralar əmələ gəlib.
Qızlarının nəfəs almaqda çətinlik çəkdiyini görən valideynlər təcili yardım çağırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Mirandanın ölüm səbəbi bəlli olmadığından meyit yarılmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Azyaşlı qızın anası Denis Balbaneda və ögey atası Kerald Qonzales Mirandanı vaxtında həkimə aparmadıqları üçün həbs olunublar. Cütlüyə qızı nə üçün xəstəxanaya aparmadıqları sual ediləndə onlar diqqət çəkmək istəmədiklərini bildiriblər.
Balbaneda və Qonzales ehtiyatsızlıqdan uşağa ağır zərər vurduqları üçün həbs ediliblər.
İstintaqın davam etdiyi bildirilir.
Billurə