Yaxın 24 saat ərzində 9 bal gücündə zəlzələ OLACAQ - Alimlərdən XƏBƏRDARLIQ

 

Kamçatkada 9 bal gücündə zəlzələnin olacağı proqnozlaşdırılır.

Demokratikmusavat.com publika.az-a istinadən xəbər verir ki, yaxın 24 saat ərzində Kamçatkada 6-9 bal gücündə zəlzələnin baş vermə ehtimalı yüksədir.

Bu barədə Rusiya Elmlər Akademiyasının Uzaq Şərq bölməsi Vulkanologiya və Seysmologiya İnstitutunun ümumi şurasının avqustun 18-də dərc olunmuş rəyində deyilir.

Alimlərin fikrincə, bölgədə baş vermiş zəlzələ Avaça körfəzi ərazisində daha güclü təkanların əlaməti ola bilər.

"Biz 18-19 avqust 2024-cü il tarixlərində Petropavlovsk-Kamçatka şəhər aqlomerasiyasında 6-9 bal gücündə təkan yarada biləcək seysmik hadisənin baş vermə ehtimalının artması barədə məlumat verməyi zəruri hesab edirik" - sənəddə deyilir.

Petropavlovsk-Kamçatski, Yelizovo, Vilyuçinsk şəhərlərində və Ust-Kamçatsk kəndində 9 bala qədər seysmik təsir gözlənilir.

Xatırladaq ki, avqustun 17-də Moskva vaxtı ilə 22:10-da Kamçatka sahillərində 7 bal gücündə zəlzələ qeydə alınıb.

0.22833180427551