Çinin cənub-qərbindəki Yunnan əyalətindəki Quotou kömür mədənində baş vermiş qəza nəticəsində azı üç şaxtaçı ölüb, daha üçü itkin düşüb.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə Veysin dairəsinin təbliğat şöbəsi məlumat yayıb.
Qeyd olunub ki, hadisə bazar günü Pekin vaxtı ilə saat 05:40-da (Bakı vaxtı ilə 01:40) Santao kəndində baş verib və qeyd olunan yerdə qaya uçub.
Şaxta rəhbərliyi axtarış-xilasetmə işlərini təşkil edib. Hadisənin səbəbləri aydınlaşdırılır, araşdırma aparılır.