İran İsraildən raketlə qisas almayacaq - KİV

 

İran və "Hizbullah"ın yüksək səviyyəli İsrail rəsmilərinə qarşı sui-qəsd etməklə qisas alacağı iddia edilir. 

Demokratikmusavat.com xəbər verir ki, bu barədə İsrailin "Yediot Aharonot" qəzeti yazıb.

Qəzetdə yer alan xəbərə görə, İran və "Hizbullah"ın yüksək səviyyəli şəxslərə sui-qəsd cəhdi edə biləcəyi iddiası avqustun 15-də İsrail Təhlükəsizlik Kabinetinin keçirilən iclasının gündəmində olub. 

İclasda iyulun 30-da Livanın paytaxtı Beyrutda və iyulun 31-də İranın paytaxtı Tehranda həyata keçirilən sui-qəsdlərə görə İran və "Hizbullah"ın mümkün cavab tədbirləri müzakirə edilib.

Belə qənaətə gəlinib ki, İran və "Hizbullah" cavab olaraq raket və PUA ilə deyil, İsrail nazirlərinə, millət vəkillərinə, hərbi və kəşfiyyat birliklərinin rəsmilərinə sui-qəsdlər həyata keçirməklə qisas almağa çalışacaq.

Yüksək səviyyəli təhlükəsizlik rəsmiləri İsrail nazirlərinə "İran və Hizbullah sui-qəsd cəhdinə cəhd edə bilər” xəbərdarlığını edib.

Mürtəza
Demokratikmusavat.com

0.27932190895081