Rusiya Federasiyasının İrkutsk vilayətində TU-22M3 bombardmançı təyyarəsi qəzaya uğrayıb.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə İrkutsk vilayətinin qubernatoru İqor Kobzev öz Telegram kanalında yazıb.
“TU-22M3 hərbi təyyarəsinin qəzaya uğradığı yerdə işlər bütün gecə davam edib. Çox təəssüf edirəm ki, pilotlardan birini xilas etmək mümkün olmadı”, - Kobzev yazıb.
Onun sözlərinə görə, digər pilotlar müxtəlif dərəcəli xəsarətlər alıblar və onlar xəstəxanaya yerləşdiriliblər.
“İndi mütəxəssislər qəzanın dəqiq səbəbini müəyyənləşdirməlidirlər. İlkin versiyada texniki nasazlıq olub”, - qubernator qeyd edib.
Mürtəza
Demokratikmusavat.com