Amerikalı polkovnikdən etiraf: Onları Türkiyəyə hücuma hazırlayırıq

 

Amerikalı təqaüddə olan polkovnik Duqlas Makqreqor qatıldığı proqramda PKK/YPG ilə əlaqələri və bölgədəki planları ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Demokratikmusavat.com “Sabah” qəzetinə istinadla xəbər verir ki, polkovnik PKK-ni Türkiyəyə hücuma hazırladıqlarını deyib:

“Ərdoğan israrla ölkəsini müharibədən uzaq tutmağa çalışır. İsraili çox sərt tənqid etsə də, heç xoşuna gəlməsə də, israrla ölkəsini müharibədən uzaq tutmağa çalışır.

Ərdoğan da bilir ki, İsrail Livana girsə, Livanda sabitliyi pozacaq.

Suriyadakı qüvvələrimizi Türkiyəyə hücuma hazırlayırıq. Kimi nəzərdə tuturam, biz PKK-ni və bəzi başqa təşkilatları Türkiyəyə hücum etməyə təşviq edirik və silahlandırırıq. Türklər də bunun fərqindədirlər və narahatdırlar. Biz bunu keçmişdə etmişik, amma bu dəfə çox ciddidir.

Biz İsrailin iştirak etdiyi böyük müharibəyə doğru gedirik. Amerika artıq bunun bir parçasıdır və Türkiyə dövləti müharibənin astanasında olduğunu ictimaiyyətə bəyan etmək üzrədir. Bunu müstəqillik mübarizəsi kimi təqdim etsələr, şübhəsiz ki, camaat döyüşmək istəyəcək”, - deyə o söyləyib.

Billurə

0.19855690002441