Bu ölkənin paytaxtı dəyişdirildi

 

İndoneziyanın paytaxtı dəyişdirilib.

Demokratikmusavat.com “Star” qəzetinə istinadla xəbər verir ki, bundan sonra ölkənin yeni paytaxtı Nusantara olacaq.

İndoneziya Prezdenti Coko Vidodo açıqlamasında yeni paytaxta köçməyin yeni evə köçməkdən daha çətin olduğunu ifadə edib.

Qeyd edək ki, Yava adasında yerləşən paytaxt Cakartanın 10 milyon əhalisi olmasına, hər il baş verən sel və s. təbii fəlakətlərə, infrastruktur problemlərinə və qrunt sularının həddindən çox istifadə edilməsinə görə, şəhərin şimal hissələrinin sürətlə batması müşahidə olunur. Bu səbəbdən İndoneziya hökuməti paytaxtı köçürməyə qərar verib. 

 

0.23821902275085