Avropa diplomatiyasının rəhbəri Cosef Borrel İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qviri Qəzza zolağının əhalisinə yardımı dayandırmağa çağırdığına görə tənqid edib.
Demokratikmusavat.com xəbər vəbər verir ki, Borrel eyni zamanda israilli nazirə qarşı sanksiyalar tətbiq edilməsinin zəruriliyini qeyd edib.
“Bütün dünya Qəzzada atəşkəs üçün səy göstərərkən, nazir Ben-Qvir yanacaq tədarükünün və mülki şəxslərə yardımın kəsilməsinə çağırır... Bu, müharibə cinayətlərinə çağırışdır. Sanksiyalar Aİ-nin gündəmində olmalıdır”, - avropalı diplomat X sosial şəbəkəsindəki səhifəsində yazıb.