"İsrailə misli görünməmiş ziyan vurmaqla hədələyən düşmənləri..." - Yoav Qalant

 

"İsrailə misli görünməmiş ziyan vurmaqla hədələyən düşmənləri əvvəllər heç vaxt verilməyən bir cavab gözləyə bilərlər".

"Report" xəbər verir ki, yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant İrana və radikal "Hizbullah" hərəkatına qarşı belə bir xəbərdarlıq edib.

"İran və Hizbullahdan olan düşmənlər İsrailə keçmişdə istifadə etmədikləri yollarla zərər verməklə hədələyirlər. Bunu edən hər kəs bizdən əvvəllər heç bir halda vurulmayan zərbə gözləyə bilər", - Qalant deyib.

Qeyd edək ki, Qalantın ölkənin mərkəzi hissəsində yerləşən hərbi bazada İsrail Müdafiə Qüvvələrinin yeni çağırışçıları ilə görüşündə verdiyi açıqlamaları Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

“İsrailin "əhəmiyyətli imkanları var", - Qalant təfərrüatları açıqlamadan davam edib.

0.23965811729431