Türkiyə 6 ayda turizmdən 24 milyard dollar qazandı - Ən çox bu ölkələrdən turistlər gəlir

 

Türkiyədə 2024-cü ilin ilk yarısında turizmin sürətli inkişafı tələbat artımına da gətirib çıxarıb.

Demokratikmusavat.com -ın məlumatına görə, 2024-cü ilin ilk altı ayında ölkəni ziyarət edənlərin sayı 26 milyonu ötüb.

Bu barədə açıqlama verən Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, 2024-cü ilin ilk yarısında Türkiyəyə gələn ziyarətçilərin sayının illik müqayisədə 13,9% artaraq 26,1 milyona çatdığını bildirib. "Türkiyənin eyni dövrdə turizm gəlirləri 9,3% artaraq 23,7 milyard dollara çatıb. Türkiyənin bir ziyarətçiyə düşən orta gündəlik xərcləri 98 ABŞ dollarına çatıb. Nazir Ersoy bildirib ki, ilk 6 ayın nəticələri Türkiyənin il sonu 60 milyon ziyarətçi və 60 milyard ABŞ dolları gəlir hədəfinə sadiqliyini təsdiqləyir", - nazir qeyd edib.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatında deyilir ki,  təkcə 2024-ci ilin iyununda Türkiyəyə 5 milyon 860 min 446 xarici vətəndaş səfər edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 4,95 faiz çoxdur.

Həmçinin, 2024-ci ilin yanvar-iyun aylarında 21 milyon 644 min 659 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,33 faiz çoxdur.

Hesabat dövründə Türkiyəyə 2 milyon 688 min 924 Rusiya vətəndaşı səfər edib ki, bu ümumi xarici vətəndaş ziyarətlərində 12,42%-lə ən yüksək göstəricidir. Müvafiq olaraq, Almaniya 11,40% (2 467 162) ilə ikinci, 8,19% (1 773 427) ilə İngiltərə (Birləşmiş Krallıq) üçüncü yerdədir. İngiltərədən (Birləşmiş Krallıq) sonra İran və Bolqarıstan gəlir.

Mürtəza
Demokratikmusavat.com

0.18454694747925