İndoneziyada bir kişi ondan niyə evlənmədiyini soruşan qonşusunu öldürüb.
Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, hadisə Şimali Sumatrada baş verib.
45 yaşlı Parlindunqan Sireqar 60 yaşlı qonşusu Asgim İriantona taxta parçası ilə hücum edib.
İriantona xəstəxanaya aparılarkən yolda ölüb.
Daha sonra məlum olub ki, ölən şəxs Sireqarı daim subay olduğuna görə ələ salırmış.
Polis həmçinin bildirib ki, iki qonşu əvvəllər yaxşı anlaşmayıb. Hətta onların toyuqlarının tez-tez bir-birinin hininə girməsinə görə mübahisə etdiyi bildirilir.
Billurə