İsraillə Norveç arasında diplomatik gərginlik

 

İsrail Təl-Əvivdə yerləşən və Fələstin administrasiyası ilə iş aparan səkkiz norveçli diplomatın diplomatik akkreditasiyasını ləğv edib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi bəyanatında bildirilir. 

İsrail tərəfi belə bir addımın atılmasını  Fələstin dövlətinin tanınması və bu yaxınlarda Norveç hökumətinin yüksək rütbəli rəsmilərinin sərt şərhləri də daxil olmaqla, son vaxtlar İsrail əleyhinə və Norveç hökumətinin atdığı birtərəfli addımlarına cavab kimi  izah edib.

Norveç səfiri Qüdsə Xarici İşlər Nazirliyinə çağırılıb və diplomatların akkreditasiyasının 7 gün, vizalarının isə 3 ay sonra ləğv ediləcəyi barədə məlumat verilib. İsrail onlara yeni akkreditasiya üçün İsraildəki səfirliyə müraciət etmək imkanı verib.

İsrailin xarici işlər naziri Kats isə bunu belə şərh edib:

“Oslo da  Beynəlxalq Cinayət Məhkəməsində bizə qarşı əsassız iddiaya qoşulub. Norveçin Fələstin məsələsi ilə bağlı birtərəfli siyasəti var, buna görə də mən Norveçin İsraildəki səfirliyinin Fələstin administrasiyasında hər hansı təmsilçiliyinə son qoymağı əmr etmişəm. Bizə hücum edənlər və bizə qarşı birtərəfli siyasət yürüdənlər öz bədəllərini ödəyəcəklər”.


 

0.30276918411255