Yaponiyada Polisə 1307 dəfə zəng edib təhqir yağdıran şəxs həbs edilib

 

Bir ay ərzində (iyul) polisə 1307 dəfə zəng edən şəxs həbs edilib.

Demokratikmusavat.com “Star” qəzetinə istinadla xəbər verir ki, hadisə Yaponiyanın Kavaquçi şəhərində baş verib.

Polisə tez-tez zəng edən 69 yaşlı Yoşio Şimada onlara təhqirlər yağdırıb.

Şimada “polisin xidməti vəzifəsini yerinə yetirməyə mane olmaq” ittihamı ilə azadlıqdan məhrum edilib.

Onun zəng etdiyi zaman polis məmurlarına “axmaq”, “vergi oğrusu”, “məni həbs edin”, “qovuldun” kimi ifadələr işlətdiyi məlum olub.

Dindirilmə zamanı ittihamları qəbul edən şəxsə bənzər əməllərinə görə daha əvvəl də xəbərdarlıq edildiyi üzə çıxıb. 

 

0.22333407402039