İsrail ordusu HƏMAS-ın tanınmış simasını öldürdü

 

İsrail ordusu və Daxili Kəşfiyyat İdarəsinin (Şin Bet) Qəzzada həyata keçirdiyi birgə əməliyyat nəticəsində  HƏMAS-ın İordan çayının qərb sahilindəki yüksək səviyyəli lideri Nael Sakl öldürülüb.

Demokratikmusavat.com xəbər verir ki, belə bir iddia ilə İsrail tərəfi çıxış edib, amma HƏMAS  tərəfindən  belə bir açıqlama yoxdur.
 Sakhl 2003-cü ildə İsraildə intiharçı hücumunda iştirak etdiyinə görə ömürlük həbs cəzasına məhkum edilsə də,  lakin 2011-ci ildə İsraillə Həmas arasında məhbus mübadiləsi çərçivəsində azadlığa buraxılıb.

İsrail ordusunun açıqlamasında  Sakhlın 0 ildən artıqdır HƏMAS-ın  "Qərb Sahilinin Qərargahı"nda fəaliyyət göstərdiyi  və oradan israillilərə və İsrail ordusuna  qarşı aksiyalar hazırladığı, silahlandırdığı  iddia olunub.

0.28762602806091