Almaniyanın ədliyyə naziri Marko Buşman “Ştern” jurnalına müsahibəsində Rusiya ilə Qərb arasında soyuq müharibənin bitməsindən bəri ən böyük məhbus mübadiləsinin şərtlərini açıqlayıb.
Almaniya mətbuatı mübadilə sövdələşməsinin əsas məqamının “Tirqarten qatili” kimi tanınan Vadim Krasikovun Berlin tərəfindən Rusiyaya təhvil verilməsinə xüsusi vurğu edir.
Məlum olduğu kimi, V.Krasikov Almaniyada saxta adla yaşayan və Gürcüstan vətəndaşlığı olan çeçen səhra komandiri Zelim Xanqoşvilini qətlə yetirmək üçün saxta sənədlərlə Almaniyaya daxil olub və günün günorta çağı, federal kanslerin ofisinin, nazirliklərin və Reyxstaqın yaxınlığındakı parkda nəzərdə tutduğu qətli törədib. Krasikov dərhal həbs edilib. Qətlin qeyri-peşəkarlığı onu deməyə əsas verib ki, bu, ya kriminal