Elektrik kabeli selfi çəkdirən 15 yazşlı qızın başını qopardı

 

Qvatemalada dostları ilə əylənərkən selfi çəkdirən qızın başına qorxunc hadisə gəlib.

Demokratikmusavat.com “milliyet”ə istinadla xəbər verir ki, Debora Hebeca Şi Artola üç dostu ilə birgə La Tinta qəsəbəsində evin damına çıxaraq selfi çəkdirib.

Artola ikimərtəbəli binanın damında dostları ilə rəqs edib əylənən zaman yaxınlıqdakı yüksək gərginlikli elektrik kabelinə toxunub.

Minlərlə voltluq elektrik şoku yeniyetmənin ölümünə səbəb olub.

Artolanın elektrik cərəyanı vurduğunu və bədənindən tüstü çıxdığını görən insanlar yeniyetməyə kömək etmək üçün binaya doğru qaçmağa başlayıb. 

Bu zaman gənc qızın başı bədənindən ayrılaraq yerə yuvarlanıb.

Faktla bağlı cinayət işi açılıb.

 

0.23145985603333