İraq Ali Məhkəmə Şurası terror təşkilatı PKK-ya bağlı 3 partiyanın fəaliyyətinin qadağan edilməsi və əmlaklarının müsadirə olunması barədə qərar qəbul edib.
Demokratikmusavat.com xəbər verir ki, İraq Milli Təhlükəsizlik Müşavirliyinin tələb və şikayəti əsasında terror təşkilatı PKK-ya bağlı olan “Yəzidi Demokrat və Azadlıq Partiyası” , “Demokratik Mübarizə Cəbhəsi Partiyası” və “Tevgera Azadi” partiyalarının fəaliyyətləri qadağan edilib. Həmin partiyaların fəaliyyətinin qadağan edilməsi ilə yanaşı, əmlaklarına da həbs qoyulub.
Məhkəmənin qərarında həmçinin qeyd olunub ki, adı çəkilən partiyaların PKK ilə əlaqəsi olması faktı İraq Kəşfiyyat İdarəsi və Baş nazirlik tərəfindən də təsdiqlənib.