İsrail ordusunun gələcək hücum hərəkətləri ilə bağlı planlar hazırdır.
Demokratikmusavat.com Publika.az-a istinadla xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığının zabiti Ori Qordin bildirib.
“Gələcək hücum əməliyyatlarımız üçün planlar hazırdır, bütün bölmələr gözləmə rejimindədir”, - deyə İsrail zabiti qeyd edib.
Onun sözlərinə görə, İsrail əsgərləri ölkənin şimalındakı vəziyyəti dəyişmək və sakinləri evlərinə qaytarmaqda qətiyyətlidirlər.