Rusiya və İranın çoxqütblü dünya ilə bağlı ortaq mövqeyi qlobal sabitliyin möhkəmlənməsinə gətirib çıxaracaq.
Demokratikmusavat.com xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə deyib.
“İran və Rusiya arasında çoxqütblü dünyanın təşviqində ortaq mövqe və əməkdaşlıq, şübhəsiz ki, qlobal təhlükəsizlik və sülhün daha da möhkəmlənməsinə gətirib çıxaracaq”, - ISNA onun sözlərini sitat gətirib.
Prezident vurğulayıb ki, bəzi ölkələrin, o cümlədən ABŞ-ın hegemonluğu dövrü başa çatıb.
“Rusiya çətin anlarda həmişə İranın yanında olub və belə bir strateji tərəfdaşla münasibətləri gücləndirmək İran İslam Respublikasının xarici siyasətində prioritetlərdən biridir”, - Pezeşkian qeyd edib.
Bununla bağlı o, Moskva ilə Tehran arasında bağlanmış bütün razılaşmaların icrasını sürətləndirmək zərurətinə vurğu edib.
Elvin
Demokratikmusavat.com