Avstriyanın hakim koalisiyası respublikanın yeni təhlükəsizlik strategiyasına 2027-ci ilə qədər Rusiya qazından mərhələli şəkildə imtinanın daxil edilməsinə razılıq verib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə “Kurier” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, son hesablamalara görə, Rusiya təbii qazının Avstriya boru kəmərlərində payı 80-90% təşkil edir.
Hökumətin fikrincə, belə asılılıq iqtisadiyyatı təhdid edir. Təchizat kəsilərsə, ev təsərrüfatları və sənaye üçün qazın qiyməti qalxacaq. Hökumət deyir ki, bu risk nəzarət olunan şəkildə azaldılmalıdır.
2018-ci ilin iyununda “Qazprom Export” MMC ilə OMV Gas Marketing & Trading GmbH arasında Rusiya təbii qazının Avstriyaya tədarükünə dair mövcud müqavilənin 2040-cı ilə qədər uzadılmasına dair saziş imzalanıb. OMV qazı faktiki qəbul etməsə belə, pul köçürməyə borcludur.
Elvin
Demokratikmusavat.com