Bu gün Türkiyədə Ali Hərbi Şuranın iclası keçiriləcək.
Demokratikmusavat.com “Haber Global”a istinadən xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək toplantıda vitse-prezident Cevdet Yılmaz, milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və digər rəsmi şəxslər iştirak edəcək.
Müzakirələrin nəticələrinə əsasən bəzi general və admiralların təyinat və vəzifədən azad edilməsi gözlənilir.