İsrail kəşfiyyatı HƏMAS lideri İsmayıl Haniyəni "WhatsApp" vasitəsilə izləyib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə livanlı jurnalist Eliya Manir bildirib.
Onun sözlərinə görə, İsrail kəşfiyyatı "WhatsApp" mesajı vasitəsilə Haniyənin telefonuna casus proqramlar quraşdırıb.
Casus proqram HƏMAS liderinin yerləşdiyi evin dəqiq yerini aşkarlamağa və ona pilotsuz təyyarədən raket zərbəsi endirməyə imkan verib.