İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian Tehranda sui-qəsd nəticəsində öldürülən HƏMAS hərəkatının siyasi ofisinin rəhbəri İsmayıl Haniyənin öldürülməsi ilə bağlı açıqlama verib.
Demokratikmusavat.com xəbər verir ki, Pezeşkian HƏMAS liderinin ölümü ilə bağlı bunları deyib: "İran İslam Respublikası öz ərazi bütövlüyünü, ləyaqətini və şərəfini müdafiə edəcək. Terrorçu işğalçılar öz qorxaq əməllərinə görə peşman olacaqlar. Həqiqətən, Allah rəhm edən və intiqam alandır”.
Pezeşkian X (tvitter) səhifəsində daha sonra yazıb: "Bu gün İran kədər içində öz əziz tərəfdaşının matəmindədir. Dünən onun qalib əlini qaldırdım və bu gün onu çiyinlərimdə dəfn etməliyəm".
Mürtəza
Demokratikmusavat.com