İsrail Livan ərazisinə zərbə endirməklə beynəlxalq hüququ kobud şəkildə pozur.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Bu zərbələr beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır”, - deyə bildirilib.
Qeyd edək ki, İsrail təyyarələri Livanın paytaxtı Beyrutda Hizbullah hədəflərinə zərbələr endirdiyini açıqlayıb. Raketlərdən birinin xəstəxanaya düşməsi barədə məlumatlar da var.