Böyük Britaniyada küçədə insanlara qarşı keçirilən bıçaqlı hücum nəticəsində azı səkkiz nəfər yaralanıb.
Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, hadisə ölkənin şimal-qərbində yerləşən Sautport şəhərində qeydə alınıb.
Müxtəlif dərəcəli xəsarət alan yaralıların əksəriyyətinin uşaq olduğu vurğulanıb. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Şübhəli saxlanılıb, bıçağı müsadirə edilib.
Hadisə ilə bağlı istintaqa başlanılıb.