Rusiya Federasiyası və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan iyulun 3-də keçiriləcək danışıqlarda Ukraynadakı vəziyyəti mütləq müzakirə edəcəklər.
Demokratikmusavat.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“İkitərəfli görüş kifayət qədər uzun olacaq. Ən azı bir saat. Təbii ki, qarşılıqlı maraq doğuran bütün məsələlərdən danışılacaq. Bunlar ilk növbədə ikitərəfli münasibətlərdir. Amma prezidentlərin əsas müzakirə predmetlərindən biri də Suriya və Ukrayna məsələləri olacaq”, - Peskov qeyd edib.
Qeyd edək ki, Ərdoğanla Putin arasında görüş Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutacaq.