Uşaqlar üzərindən müasir qazanc: onları gözləyən ciddi təhlükə - ÇAĞIRIŞ

 

İnflunserlik 21-ci əsrin aktual olan peşələrindəndir.

Demokratikmusavat.com xəbər verir ki, bu işlə məşğul olanlar qısa zamanda populyarlıq qazanması ilə yanaşı, həm də böyük gəlirlər əldə etmələri ilə göz önündədirlər.

İnflunserliyə maraq göstərənlər arasında isə daha çox gənclər olsa da, bu işlə məşğul olan uşaqlar da var.

Hətta bu yaxınlarda 90 saniyədə 44 min lirəlik (2200 AZN-dən çox) alış-veriş edən azyaşlı influnserin videosu müzakirələrə səbəb olub.

Türkiyəli uzman psixoloq Buğra Sərdaroğlu isə deyir ki, influnser olmağa çalışan bu uşaqların gələcəkdə özlərini idarə etməkdə çətinlik çəkmə ehtimalları çox yüksəkdir:

 "Çünki bu uşaqların özlərinə verdikləri dəyər və hörmət tamamilə layk sayından və şərhlərdən asılı hala gəlir. "Psychologs" jurnalında yayımlanan araşdırmaya görə uşaq influnserlərin yetkin şəxs olduqda depressiyaya düşmək ehtimalı daha çoxdur.

Özünəinamları sosial təsdiqdən asılı olduğu üçün xəyal qırıqlığı və uğursuzluqla mübarizə aparmaqda çətinlik çəkəcəklər. 

İnflunser uşaqların minlərlə izləyicsi var. Üstəlik, onları izləyənlərin çoxu da uşaqdır və gördükləri onlar üçün reklam deyil, əyləncədir.

Ancaq sosial şəbəkələrdə reallıqdan uzaq bir şəkildə təqdim olunan bu həyat adi uşaqların mövcud həyat tərzlərindən məmnun olmamalarına zəmin yarada bilər.

Bu da onların həyatı dərk etmələrinə mənfi təsir göstərə bilər.  

Unutmaq lazım deyil ki, uşaqlıq bəlkə də həyatımızın ən möhtəşəm mərhələsidir və hər uşağın bundan sonuna qədər zövq almasına icazə verilməlidir". 

Mütəxəssis əlavə edib ki, valideynlər uşaqları populyarlıq və maddi qazanc üçün istifadə etməməlidir:

"Sevincləri və xüsusi anları sosial şəbəkələrdə paylaşmaq, əlbəttə, başa düşülə bilər, amma valideynlər uşaqlarının məhrumiyyətini təhlükəsizliyini və xarakter inkişafını da nəzərə almalıdırlar".

Billurə Yunus

1.4040949344635