Pakistan səfirinin Azərbaycandakı diplomatik missiyası başa çatıb

 

Pakistan səfiri Bilal Hayeenin Azərbaycandakı diplomatik missiyası başa çatıb.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Pakistanın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşım edilib.

Bildirilib ki, Bilal Hayee bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla vidalaşıb:

"Səfir hörmətli nazirə işlədiyi müddətdə Azərbaycandakı diplomatik missiyasına göstərdiyi dəstəyinə və əməkdaşlığa görə təşəkkür edib. Yaşasın Pakistan-Azərbaycan dostluğu".

0.17710399627686