Dünyanın ən bahalı toyunun dəvətnaməsi görənləri təəccübləndirdi - VİDEO

 

İnternetdə Hindistanın ən zəngin ailələrindən biri olan Mukeş Ambaninin oğlunun toy dəvətnaməsinin görüntüləri paylaşılıb.

Demokratikmusavat.com "Hindustan Times"a istinadla xəbər verir ki, Anant Ambani və Radhika Merçantın toy dəvətnaməsi dəbdəbəli görüntüsü və incə detlaları ilə diqqət çəkib. 

Toya çağırılan şəxslərə üzərində tanrı Vişnunun təsviri ilə bəzədilmiş böyük bir qutu göndərilib. Qutuda nimantran patra (dəvətnamə) və qonaq üçün bir neçə hədiyyə yer alıb.

Dəvətnamənin qızıl qutuda göndərilməsi, həmçinin qonaqlar üçün qoyulan müxtəlif hədiyyələr sosial şəbəkə izləiciləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Anant Ambani "Reliance Industries" sədri Mukeş Ambani və həyat yoldaşı Nita Ambaninin kiçik oğludur. O, iyulun 12-də Mumbayda "Encore Healthcare" baş direktoru Viren Merçant və Şaila Merçantın qızı Radhika Merçant ilə evlənməyə hazırlaşır.

Qeyd edək ki, Mukeş Ambani 116 milyard dollarlıq sərvətlə Asiyanın ən varlı adamı titulunu qoruyur. Forbes siyahısında o, dünyanın 11-ci ən varlı adamı kimi qeyd olunub.

Billurə

0.29250884056091