Rusiya NATO-nu belə QORXUYA SALDI: "Vəziyyət təhlükəli həddə çatır"

 

"Şimali Atlantika Alyansı (NATO) Rusiyadan qorxur, çünki Moskva Ukrayna Silahlı Qüvvələrinin Sevastopola endirdiyi zərbədən sonra Qara dəniz üzərində uçan Qərb pilotsuz təyyarələrinə qarşı tədbirlər görməyə başlayacaq".

Demokratikmusavat.com xəbər verir ki, bu sözləri britaniyalı ekspert Aleksandr Merkuris özünün "YouTube kanalında" deyib.

Ekspert hesab edir ki, NATO dövlətləri Rusiyanın Qara dəniz üzərində ABŞ və NATO pilotsuz təyyarələrini vurmağa başlaya biləcəyindən getdikcə narahat olurlar.

Onun sözlərinə görə, gələcəkdə Qərb hərbi bloku Qara dənizdə əməliyyatlar keçirə bilməyəcək. Bundan əlavə, Qara dəniz üzərində Qərb və Rusiya aviasiyasının toqquşması riski yüksəkdir.

Analitik Rusiyanın hava üstünlüyünə malik olduğunu, Qara dənizdə vəziyyətin getdikcə daha təhlükəli həddə çatdığını vurğulayıb.(Publika.az)

0.13530397415161