Amerikalı milyarder, “Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask ABŞ prezidenti Cozef Baydenin keçmiş Amerika lideri Donald Trampla debatdakı çıxışını ələ salıb.
“Demokratikmusavat.com ” xəbər verir ki, bu barədə İ. Mask “X” sosial şəbəkəsindəki hesabında bildirib.
Baydeni debatın qalibi elan edən Demokrat Partiyasının paylaşımına cavab olaraq amerikalı milyarder “Çox gülməlidir” şərhini yazıb.
Qeyd edək ki, ABŞ-nin Corciya ştatının Atlanta şəhərində hazırkı prezidenti Cozef Bayden və keçmiş prezident Donald Tramp arasında seçkiqabağı teledebatlar baş tutub.